19/09/2015 11:32

Qazaxıstan HDQ-nin yeni tral gəmisi dənizə endiriləcək

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni tral gəmisi sentyabr ayının sonlarında suya endiriləcək.

Bu barədə “AzeriDefence” Qazaxıstanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Gəmi Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Nevski Gəmiqayırma Zavodunda inşa olunur. Tral gəmisinin ən müasir rabitə, naviqasiya və tral sistemləri ilə təchiz olunması planlaşdırılır.

Müasir döyüş idarə etmə sisteminə malik gəminin silahlanmasında AK -306 topu, 12.7 mm çaplı pulemyot, həmçinin yeni tral silahları yer alacaq. Qazaxıstan tral gəmilərini Fransanın ECA şirkətinin istehsalı olan dənizin altındakı minaları aşkarlayıb məhv edən robot aparatlarla da təchiz etməyi planlaşdırır.