02/12/2017 12:18

Qazaxıstan hərbi sənayesi “SandCat”ların istehsalına hazırlaşır – FOTO

“Kazakhstan Paramount Engineering” (KPE) şirkəti “Sand Cat Stormer” zirehli maşının istehsalına hazırlaşır.

“AzeriDefence”nin məlumatına görə, şirkət özünün sosial mediadakı səhifələrində “SandCat”ın yığımına dair fotoları paylaşıb.

“SandCat Stormer” İsrailin “Plasan” şirkətinin istehsalıdır. Polis və ordu üçün nəzərdə tutulan zirehli avtomobil “Ford F” şassisi üzərində yaradılıb. Zirehli maşın “Alan” adlanacaq. (“Marauder” isə “Arlan” adlanır)

“Kazakhistan Engineering” milli şirkətinin və CAR-ın “Paramount Group” şirkətinin birgə müəssisəsi olan KPE 2015-ci ildə fəaliyyətə başlayıb. Müəssisə hazırda 3 hərbi texnika modelini istehsal edir. Perspektivdə müəssisə aviasiya və dəniz sektoruna yönəlik proyektlərə başlamaq niyyətindədir.