18/01/2013 11:50

Qazaxıstan ilk iki C-295 təyyarəsini təhvil aldı

Airbus Military şirkəti birinci iki ədəd C-295 hərbi-nəqliyyat təyyarəsini Qazaxıstan Müdafiə Nazirliyinə təhvil verib. Bu barədə “AzeriDefence”yə Qazaxıstan Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da Qazaxıstan MDB ölkələrinin arasında bu təyyarələrin ilk sifarişçisi tərəfindən olub.

Qeyd edək ki, 2012-ci ilin martında Airbus Military Qazaxıstanın Müdafiə Nazirliyinə aid “Kazspeseksport” dövlət şirkətiylə iki ədəd C-295 təyyarəsinin çatdırılmasına dair müqavilə bağlayıb. Təyyarələr Qazaxıstan Hərbi Hava Qüvvələrlərinin silahlanmasına daxil olacaq.

C-295 təyyarəsi qoşunların və yüklərin daşınması, habelə dəniz patrul çəkməsi, kəşfiyyat aparılması, tibbi evakuasiyaya, desant, humanitar əməliyyatlarda tətbiq edilə bilər.