28/09/2017 22:21

Qazaxıstan “Marauder”in Özbəkistana satışını həyata keçirəcək

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” şirkəti Özbəkistana “Arlan” (orijinal adı “Marauder”) tipli zirehli maşınların tədarükünü planlaşdırır.

“AzeriDefence”nin “Sputnik” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Kazakhstan Paramount Engineering” şirkətinin baş direktoru Erbol Səlimov məlumat verib.

Şirkət rəhbəri Daşkənddə keçirilən sərgidə “Marauder” minaya qarşı qorumalı nəqliyyat vasitəsini təqdim etdiklərini, Özbəkistanın adı çəkilən maşınla yaxından maraqlandığını qeyd edib.

“Bu nümunə Özbəkistan Müdafiə Nazirliyini üçün sınaq olacaq. Bu gün onlar bizim üçün ən perspektivli tərəfdaş ölkədir. Biz qarşılıqlı əməkdaşlıq  memorandumu imzalamaq istəyirik” – deyə baş direktor əlavə edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Qazaxıstan müdafiə naziri Saken Jasuzakov 2017-ci ildə iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair müqavilənin imzalanacağını bildirmişdi. Avqust ayında Qazaxıstan və Özbəkistanın Müdafiə nazirlikləri tarixdə ilk dəfə ikitərəfli əlaqələrlə bağlı hərbi əməkdaşlıq planı imzalayıblar. Bu plana qoşunların birgə əməliyyatı və döyüş hazırlığı da daxildir.

“Marauder” Daşkənddə sərgilənir