22/05/2014 12:46

Qazaxıstan “Mbombe”nin istehsalına hazırlaşır

Qazaxıstanın “Kazakhstan Engineering” və CAR-ın “Paramount Group” şirkəti hərbi texnikaların istehsalını həyata keçirəcək birgə müəssisə yaradır. Bunu “AzeriDefence”nin sualını cavablandıran “Kazakhstan Engineering” Milli Şirkətinin baş direktoru Bolat Smaqulov bildirib.

B. Smaqulov “Paramount Group” ilə 6×6 və 8×8 təkər formullu minaya qarşı qorumalı döyüş maşınlarının (“Mbombe”) istehsalını planlaşdırdıqlarını deyib.

“Hazırda birə şirkətin yaradılması üzərində işləyirik. Bu işlər düşünürəm ki yaxın vaxtlarda öz həllini tam tapacaq”.

Smaqulov “Paramount Group”un istehsalı olan texnikaların MDB-də Azərbaycan Ordusu tərəfindən istifadə edildiyini də xatırladıb.

Qeyd edək ki, KADEX-2014 sərgisində “Paramount Group” şirkətinin Qazaxıstanda testlərin keçirilməsi üçün hazırladığı 6×6 təkər formullu “Mbombe” maşını “Bars” adı ilə nümayişə çıxarılıb. Bu maşın üzərində 30 mm çaplı top qurulmuş döyüş modulu ilə nümayiş olunur.