20/01/2019 22:53

Qazaxıstan Mi-8 AMT və Mi-171 tipli helikopterlərin yığımına başlayacaq

Qazaxıstanda Mi-8 AMT və Mi-171 tipli helikopterlərin yığım yolu ilə istehsalına dair Rusiyanın müvafiq təşkilatı ilə müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” Qazaxıstanın Aerokosmik  və Müdafiə Sənayesi Nazirliyinin mətbuat mərkəzinə istinadən məlumat verib.

Müqavilə yanvar ayının 17-də Astanada Qazaxıstanın “Kazakhstan Engineering” Səhmdar Cəmiyyəti (SC), “405 nömrəli Aviatəmir Zavodu” SC və Rusiyanın “Rostex” Korporasiyasına daxil olan “Vertolyot Rossii” SC arasında imzalanıb.

Helikopterlərin yığımı və sifarişçinin tələblərinə uyğunlaşdırılması “405 nömrəli Aviatəmir Zavodu” SC-də həyata keçiriləcək. Zavod Mi-8/17/171 tipli helikopterlərin təmiri, müasirləşdirilməsi və texniki xidməti üçün sertifikatlaşdırılıb.

Qeyd edək ki, müqavilə ilə Qazaxıstanda ilk dəfə ağır helikopterlərin yığılması həyata keçiriləcək.