08/08/2018 11:35

Qazaxıstan modernizə olunan TMM-3 ponton-körpünün Ordu sınaqlarını keçirib

Qazaxıstanın müasirləşdirilmiş TMM-3 ponton-körpü mühəndis-istehkam texnikasının Ordu sınaqlarının ilk mərhələsi tamamlanıb.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.

TMM-3 ponton-körpü “Kazakhstan Engineering” şirkətinin tərkibinə daxil olan “811 Avtomobil təmiri zavodu” Səhmdar Cəmiyyəti tərəfindən modernizə olunub.

TMM-3 çay, kanal kimi sərt su axınında və dərə, xəndək kimi quru manelərdə 40 metr uzunluğunda, 3 metr enində körpü salır. Ağır mexanikləşdirilmiş metal panton 60 ton yükgötürmək qabiliyyətinə malikdir.

TMM-3 üzən körpülər köhnə baza versiyası KrAZ-255 nəqliyyat vasitələrini əvəz edərək müasir yüksək manevr qabiliyyətinə malik KAMAZ-63502 şassisi üzərinə inteqrasiya olunub.