29/12/2016 21:43

Qazaxıstan Müdafiə Nazirliyi bütün “Arlan”ları təhvil aldı – FOTO

KPE Arlan (1)

“Kazakhstan Paramount Engineering” (KPE) şirkəti “Arlan” zirehli maşınlarının Qazaxıstan Ordusuna çatdırılmasına dair öhdəliklərini yerinə yetirib.

Bu barədə “AzeriDefence”yə KPE şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin sifariş verdiyi bütün “Arlan”lar (orijinal adı “Marauder”) qoşun hissələrinə çatdırılıb. Maşınların effektiv istismarı üçün müəssisənin əməkdaşları tərəfindən bölmələrin şəxsi heyətinə təlimlər keçirilib.

“Arlan” çoxməqsədli zirehli maşın Qazaxıstan Silahlı Qüvvələrinin tələbləri və tövsiyələri nəzərə alınaraq KPE-in konstruktor bürosunda hazırlanıb.

Gücləndirilmiş mina əleyhinə müdafiəyə malik “Arlan”ın korpusu V dizaynına əsaslanır. Maşının heyəti 2+8 əsgər, döyüş çəkisi 16 ton, sürəti 100 km/saat təşkil edir. “Arlan” – 50⁰, +50⁰ sərt iqlim şəraitində istismara uyğunlaşdırılıb.

“Arlan”la yanaşı KPE müəssisəsində “Nomad” (“Maverick”) adlı daxili təhlükəsizlik maşını (ictimai asayişin pozulması zamanı istifadə üçün), 6×6 və 8×8 təkər formuluna malik “Barıs” (“Mbombe”) zirehli döyüş maşını istehsal olunur.

Qeyd edək ki, “Arlan” zirehli maşınları Türkiyənin ASELSAN şirkətinin istehsalı olan SARP döyüş modulu ilə silahlandırılıb.

KPE Arlan

Xəbər Lenti