02/08/2019 17:30

Qazaxıstan müdafiə sənayesi sektorunda icra orqanını dəyişib

Qazaxıstan müdafiə sənayesi sektorunda yenidən təşkilatlanma aparıb.

“AzeriDefence”nin Qazaxıstanın hökumət portalına istinadən verdiyi məlumata görə, hərbi sənaye kompleksinə nəzarət və bu sahədə müvafiq icra hakimiyyəti orqanı Sənaye və İnfrastruktrun İnkişafı Nazirliyi təyin edilib.

Qazaxıstanın müdafiə sahəsində idxal və ixracı həyata keçirən “Kazspetseksport” Dövlət Şirkəti (Kazarnaulıeksport) də nazirliyin tabeçiliyinə verilib.

Qazaxıstan Prezidentinin fərmanı ilə Rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənayesi nazirinin birinci müavini Talqat Cancümənov vəzifəsindən azad edilərək Sənaye və İnfrastruktrun inkişafı nazirinin müdafiə sənayesi sektoruna məsul müavini təyin edilib.