21/04/2017 16:54

Qazaxıstan Müdafiə və Aerokosmik Sənaye Nazirliyinin nümayəndə heyəti Azərbaycan MSN-də olub

Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə və aerokosmik sənaye nazirinin müavini Arman Ramazanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence”ə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar nazirliyin müəssisələrində oldular və istehsal prosesinə baxdılar.