28/04/2017 12:47

Qazaxıstan növbəti döyüş gəmisini suya buraxıb – FOTOLAR

Qazaxıstanın Oral (Uralsk) şəhərində yeni tikilən “Manqıstau” raket-artilleriya gəmisinin istismara verilməsi ilə bağlı mərasim keçirilib.

“AzeriDefence”nin Qazaxıstan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, təyinatına görə, Qazaxıstan Hərbi Dəniz Qüvvələrində “Manqıstau” dördüncü raket-artilleriya gəmisidir.

“Manqıstau” analoqlarından fərqli olaraq daha yeni silah arsenalı ilə təchiz edilib. Gəmiyə sualtı təxribat təhlükələrinə qarşı sistem də inteqrasiya edilib.

“Manqıstau” mərasimdən sonra Ural çayı vasitəsilə Xəzər dənizinə çıxarılacaq. Qoşun sınaqlarından sonra Hərbi Dəniz Qüvvələrin tərkibində xidmətə qəbul ediləcək.

“Manqıstau”nun komandiri Sankt-Peterburq Hərbi dənizçilik məktəbinin məzunu, kapitan-leytenant Rüstəm Yaxyarovdur.

Mərasimdə Qazaxıstan müdafiə və aerokosmik sənaye naziri Beybut Atamkulov, müdafiə nazirinin müavini Talqat Janjümənov, Hərbi Dəniz Qüvvələrinin komandanı Jandarbek Janzakov və digər rəhbər şəxslər iştirak edib.