18/03/2018 22:32

Qazaxıstan Özbəkistan və Türkmənistana zirehli maşınlar ixrac edə bilər

4x4 Alan Foto: informburo.kz

Qazaxıstan Özbəkistan və Türkmənistana zirehli maşınların ixracı istiqamətində işlər aparır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “informburo.kz” saytına müsahibəsində “Kazakhstan Paramount Engineering” (KPE) şirkətinin direktoru Yerbol Salimov bildirib.

Müəssisə rəhbərinin sözlərinə görə, KPE Özbəkistanla yaxşı əlaqələrə malikdir və Özbəkistan 4×4 təkər formullu “Alan” maşınlarına (Plasan “SandCat”ın Qazaxıstan versiyası) maraq göstərir.

“Biz maşını Özbəkistanda sınaqlara hazırlayırıq. Bundan əvvəl “Arlan” orada sınaqları keçdi, yüksək nəticələr göstərdi. Yaxın vaxtlarda Türkmənistanda nümayiş sınaqlarının keçirilməsi üçün bir neçə texnika göndərməyi planlaşdırırıq”, – deyə Y. Salimov qeyd edib.