20/12/2018 17:43

Qazaxıstan “Pterodactyl-1” zərbə PUA-nın nümayiş etdirib – FOTO

Qazaxıstan Ordunun silahlanmasına daxil olan “Pterodactyl-1” (“Wing Loong I”) zərbə pilotsuz uçuş aparatının (PUA) görüntülərini yayımlayıb.

“AzeriDefence”nin məlumatına görə, Qazaxıstanın müdafiə naziri Nurlan Ermekbayevin “Cənub” komandanlığının Taraz qarnizonundakı hərbi hissələrindən birinə səfəri zamanı adıçəkilən PUA-lar nümayiş etdirilib.

Fotolardan göründüyü qədər PUA-lar Çində istehsal edilmiş idarə olunan HJ-10 raketi və sərbəst düşən 50 kiloqramlıq aviasiya bombaları ilə silahlandırılıb.

Qazaxıstanın Çindən ən azı 4 ədəd  “Pterodactyl-1” zərbə PUA aldığı bilinir.