29/09/2012 08:02

Qazaxıstan Rusiyadan PUA alır

Qazaxıstan Müdafiə Nazirliyi Rusiyadan “İrkut” korporasiyasının istehsalı olan pilotsuz uçuş aparatları alacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Yak Alakon” firmasının prezidenti Aleksandr Toporov bildirib.

Hazırda tərəflər arasında 10 PUA kompleksinin alınmasına dair danışıqlar aparılır. Qazaxıstan bu il 4 kompleks “İrkut-10” PUA-sını almaq istəyir.

Hazırda Qazaxıstanda 2 kompleks “İrkut-10” və bir kompleks “İrkut-2Ma” istifadə olunur.