03/05/2016 16:15

Qazaxıstan Sərhəd Qoşunları yeni sahil-mühafizə gəmisini döyüş sıralarına qəbul edib – FOTO

Qazaxıstan Sərhəd Qoşunları “Sarbaz” adlı sahil-mühafizə gəmisini döyüş sıralarına daxil edib.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumata görə, Qazaxıstanın Ural vilayətində yerləşən “Zenit” Gəmiqayırma Zavodunda inşa edilən “Sarbaz” 22180 beynəlxalq layihəli “Bars” gəmisinin bazasında tikilib.

Gəmi Xəzər dənizində xidmət aparacaq.

Buna qədər isə “Zenit” zavodu Sərhəd Qoşunları üçün 0300 layihəli “Sərdar”, “Sakşi”, “Jenis” və “Semser” adlı 4 kater inşa edib.

“Sarbaz” güclü və müasir artilleriya atəş sistemi ilə digərlərindən fərqlənir. Onun silah sistemi kənardan idarə oluna bilir. Gəmi həm də sualtı təxribat qrupları və antiterror əməliyyatları üçün təyinatlıdır.

853894_original

854477_original