25/04/2019 22:12

Qazaxıstan Sərhəd Xidmətinin “Nur-Sultan” adlı 30-cu gəmisi dənizə endirilib

Qazaxıstanın Sərhəd Xidməti üçün “Zenit” Ural Zavodunda layihələşdirilmiş “Nur-Sultan” adlı hərbi gəmi bu gün dənizə endirilib.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” Milli Şirkətindən məlumat verilib.

“Nur-Sultan” zavodda Qazaxıstan Sərhəd Xidməti üçün inşa edilmiş 30-cu gəmidir.

“Sifarişçinin tapşırığına əsasən gəmidə müasir silahlar qurulub. Bu da gəminin döyüş tətbiqinin effektivliyini yüksəltməyə imkan verir. Gəmi dənizçilik üçün lazımi yüksək sürət, sadə idarəetmə, sabitlik, muxtariyyət kimi xüsusiyyətlərə malikdir”, – deyə şirkətdən bildirilib.