21/02/2018 16:04

Qazaxıstan və ABŞ şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Qazaxıstanın “Qazaxstan aviasiya sənayesi” (KAİ) və ABŞ-ın “Honeywell International” şirkətləri arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.

Qazaxıstanın Müdafiə və Aerokosmik Sənayesi Nazirliyində keçirilən mərasimdə memorandumu KAİ şirkətinin direktoru Kuat Sultanbekov və “Honeywell International” korporasiyasının prezidenti Şeyn Tedjarati imzalayıb.

Memoranduma əsasən tərəflər təhlükəsizlik, müasirləşdirmə və avionikanın yenilənməsi, hava platformalarının texniki xidməti və bort sistemlərinin birgə quraşdırması sahələrində əməkdaşlıq etməyi planlaşdırırlar.