30/07/2019 17:33

Qazaxıstan və İranın hərbi gəmiləri Bakıya gəliblər

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi və İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 30-də Bakıya gəliblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi gəmilər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcəklər.