22/11/2019 14:23

Qazaxıstan və İsrail birgə PUA istehsalına başlayır

Qazaxıstanın “Kazakhstan Aviation İndustry” (KAİ) şirkətinin bir qrup mütəxəssisi pilotsuz uçuş aparatları sistemlərinin istehsalı üzrə təlim almaq üçün İsrailə göndərilib.

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.

Təlim və istehsal hazırlığı başa çatdıqdan sonra, 2020-ci ildən etibarən Qazaxıstanda ildə 4 ədəd PUA istehsalının həyata keçirlməsi planlaşdırılır.

Xatırladaq ki, cari ilin avqust ayında Qazaxıstanın “Kazakhstan  Aviation İndustry” şirkəti ilə İsrailin “Elbit Systems” şirkəti arasında pilotsuz uçuş aparatlarının birgə istehsalına dair uzunmüddətli müqavilə və xüsusi istifadə hüquqlarının ötürülməsinə dair lisenziya müqaviləsi imzalanıb.

Müqaviləyə uyğun olaraq tərəflər PUA-ların birgə istehsalı ilə yanaşı texniki xidmətini həyata keçirəcəklər.