19/07/2019 16:17

Qazaxıstan Yaponiya ilə birlikdə PUA istehsal edəcək

Yaponiyanın pilotsuz uçuş aparatı (PUA) sahəsində ixtisaslaşan “Terra Drone” korporasiyası Qazaxıstanın “KazUAV” şirkətinə investisiya qoyur.

“AzeriDefence”nin Qazaxıstan mediasına istindən verdiyi məlumata görə, bununla “Terra Drone” korporasiyası “KazUAV” şirkətinin səhimlərinin 49%-nə sahib olacaq.

Bu sərmayə ilə “KazUAV” şirkəti dünya səviyəsində pilotsuz uçuş aparatları istehsalı edən, 25-dən çox şirkət və texnologiya tərəfdaşından ibarət olan “Terra Drone” şəbəkəsinə qoşulur.

2016-cı ildə əsası qoyulmuş “KazUAV” şirkəti PUA yaradılması sahəsində bir sıra böyük layihələr həyata keçirib. O cümlədən Qazaxıstan xüsusi xidmət orqanlarının PUA-lara olan ehtiyacını qarşılamaq üçün fəaliyyət göstərir.

Bundan sonra, “KazUAV” “Terra Drone” korporasiyasının bir hissəsi olaraq, Qazaxıstanda müxtəlif təyinatlı PUA-lar istehsal etmək üçün dünyada təsdiqlənmiş texnologiyalardan istifadə edəcək.