20/04/2015 14:47

Qazaxıstan yeni Su-30SM döyüş təyyarələri aldı

Qazaxıstan Rusiya istehsalı olan Su-30SM yeni döyüş təyyarələrini silahlanmaya qəbul edib.

“İrkut” Korparasiyasının mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, aprelin 17-də təyyarələr Qazaxıstanın Taldıkoran şəhərindəki hərbi bazasında dislokasiya edilib.

Bununla bağlı keçirilən mərasimdə Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Nurlan Ormanbetov bildirib ki, Su-30SM döyüş təyyarəsi ölkənin hava məkanının qorunmasında yüksək imkanlar yaradacaq.

Məlumatda o da qeyd edilib ki, yeni döyüş təyyarələri geniş ictimaiyyət qarşısına Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə mayın 7-də Astanada keçirilən hərbi paradda çıxarılacaq.