14/05/2018 18:43

Qazaxıstanda müdafiə sənayesi məhsullarının istehsalı və ixracı artıb

2017-ci ildə Qazaxıstanda müdafiə sənayesi sektorunda istehsalın həcmi 2016-cı illə müqayisədə 14 %, ixrac patensialı isə iki dəfə artıb.

“AzeriDefence”nin “İnterfaks-Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov Parlamentin iclasında deyib.

Beybut Atamkulov bildirib ki, ötən il Qazaxıstanın müdafiə və aerokosmik sənayesi müəssisələri yaxşı işləyib: “Statistikaya əsasən müdafiə sənayesi məhsullarının istehsalının həcmi 2016-cı illə müqayisədə 14% artaraq 80 milyard təngəyə çatdırılıb. İxrac patensialı iki dəfə artaraq 16 milyard təngə təşkil edib”.

Nazir qeyd edib ki, məhsul ixracı üzrə liderlik edən müəssisələr “Qərbi Qazaxstan maşınqayırma”, “Kirov adına Zavod”, “Tınıs” və “Kazakhstan ASELSAN Engineering” şirkətləri olub.

Nazir bildirib ki, müdafiə və aerokosmik sənayesi müəssisələrində ixrac potensialı ilə perspektivli məhsulların istehsalına xüsusi diqqət yetirilir. Yaxın illərdə Qazaxıstanda 9 müəssisədə texnoloji modernizasiya aparmaq nəzərdə tutulur.  Gələn il iki şirkətin – PZTM və “Kirov adına Zavod”un modernləşdirilməsi planlaşdırılır.