28/01/2012 13:14

Qazaxıstandan ABŞ və Ukrayna ilə əməkdaşlıqda dev addım

Qazaxıstan ABŞ ilə pilotsuz uçuş aparatları, Ukrayna ilə gəmi istehsal etməyi planlaşdırır. “AzeriDefence” saytının “Kazakhstan Engineering” şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bununla bağlı yanvarın 12-14-də adıçəkilən şirkətinin nümayəndə heyəti Ukraynaya işgüzar səfər həyata keçirib.

Bundan başqa, “Kazakhstan Engineering” ABŞ şirkətləri ilə əməkdaşlığa başlayıb. Şirkətin nümayəndə heyəti ABŞ-ın Kanzas ştatının Uçtita şəhərinə səfər edərək “Cessna” aviasiya şirkətinin rəhbərliyi ilə görüşüblər. Onlar mülki və ikili təyinatlı yüngül mühərrikli uçuş təyyarələrin, həmçinin pilotsuz uçuş aparatlarının istehsalı sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.