07/12/2018 18:32

Qazaxıstanın 6×6 təkər formullu “Barıs” zirehli maşınlarının sınaqları keçirilir

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE) şirkətinin hazırladığı 6×6 təkər formullu “Barıs” (orijinal adı “Mbombe”) zirehli maşının hərəkət sınaqları keçirilir.

Bu barədə “AzeriDefence”yə KPE şirkətindən məlumat verilib.

Maşının sınaqları mürəkkəb hava – güclü külək, aşağı hava temperaturu və pis görünüş şəraitində keçirilir. Şirkətin idarə heyətinin sədri Erbol Salimov bildirib ki, Qazaxstan iqliminin spesifik şəraitində sınaqları keçirilən “Barıs” yüksək performans nümayiş etdirib.

E.Salimov qeyd edib ki, indiyə qədər müxtəlif döyüş modulları ilə nümayiş etdirilən 6×6 “Barıs” bu dəfə yerli istehsal olan “Ansar” döyüş modulu ilə silahlandırılıb.

“Barıs” zirehli maşınlarının ilk partiyasının 2019-cu ildə Silahlı Qüvvələrə təhvil verilməsi planlaşdırılır.