25/10/2019 13:36

Qazaxıstanın Azərbaycandakı səfiri Mədət Quliyevlə görüşüb

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Azərbaycanın Müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşüb.

Bu barədə “AzeriDefence”yə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Görüş zamanı tərəflər hərbi-texniki sahədə əməkdaşlığın inkişafı ilə bağlı yüksək səviyyədə əldə olunan razılaşmanın həyata keçirilməsi məsələsini müzakirə ediblər.

Görüş Qazaxıstanın Müdafiə naziri Nurlan Yermekbayevin 29-30 oktyabr 2019-cu il tarixində Bakıda keçiriləcən MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməsi üçün Azərbaycana edəcəyi səfər öncəsi baş tutub.