25/05/2014 12:47

Qazaxıstanın helikopter və tanklarına ASELSAN sistemləri qurulacaq

Qazaxıstanda istehsal olunan EC-145 helikopterlərinə ASELSAN şirkətinin istehsalı olan avionik sistemlər inteqrasiya olunacaq. Qazaxıstanda istehsal olunan EC-145 helikopterlərinə ASELSAN şirkətinin istehsalı olan avionik sistemlər inteqrasiya olunacaq. “AzeriDefence”nin məlumatına bu gün KADEX-2014 sərgisi çəərçivəsində “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkəti ilə “Eurocopter Kazakistan Engineering” (EKE) arasında bununla bağlı müqavilə imzalanıb.

Helikopterlərə KAE şirkətində istehhsal olunacaq avionik sistemlər qurulacaq.

“Semey Engineering” şirkəti ilə imzalanmış başqa bir müqavilə çərçivəsində isə KAE Qazaxıstan Ordusunun tank və zirehli texnikalarının modernləşdirilməsi layihəsində iştirak edəcək. KAE T-72 tanklarının, BTR, BRDM və digər zirehli texnikaların modernləşməsinə qatılacaq.

Qeyd edək ki, KADEX sərgisində KAE və “Semey Engineering” mühəndislərinin birgə modernizə etdikləri BRDM nümayiş olunub. Maşın üzərində ASELSAN-ın uzaq məsafəli elektro-optik sistemləri, SARP döyüş modulu, ACAR yer müşahidə radarı və rabitə sistemləri yer alıb. Eyni zamanda üzərinə ASELSAN-ın termal kamerası və atış nəzarət sistemi qurulan BTR-70 transportyooru sərgilənib. Modernləşdirilmiş bu maşınların cari ilin ikinci yarısında testləri keçiriləcək.