08/02/2019 12:55

Qazaxıstanın hərbi zavodu Rusiyaya nəqliyyat vasitəsi ixrac edib

Qazaxıstanın “Kazakhstan Engineering” şirkətinə daxil olan Semipalatinski Maşınqayırma Zavodu QT-T adlı yüngül tırtırlı nəqliyyat vasitəsinin ixracına başlayıb.

“Kazakhstan Engineering” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, şirkət bu il Rusiyaya 4 ədəd QT-T zirehli transportyoru tədarük edib.

Semipalatinski Maşınqayırma Zavodunun baş direktoru Nurlan Omarovun sözlərinə görə, zavod MDB ərazisində bu texnikanın tək istehsalçısıdır.

Ağır yük götürmə qabiliyyətinə malik transportyor yüksək manevr imkanlarına sahibdir. QT-T tırtırlı nəliyyat vasitəsi +60⁰, -70⁰ sərt iqlim şəraitində bataqlıq, qarlı, xam torpaqlı, meşəlik, səhralıq, dağlıq və s. ərazilərdə istismara uyğunlaşdırılıb.

Qeyd edək ki, QT-T nəqliyyat vasitəsi MT-LB yüngül zirehli yedək maşının bazasında hazırlanıb.