11/08/2019 19:15

Qazaxıstanın “KazTechInnovations” şirkəti 3 PUA modeli hazırlayıb

Qazaxıstanda fəaliyyət göstərən “KazTechInnovations” şirkəti hərbi təyinatlı pilotsuz uçuş aparatlarının və onlar üçün katapult sisteminin yaradılması üzərində işləyir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “The Steppe” saytına müsahibəsində “KazTechInnovations” şirkətinin baş direktoru Tahir Balbayev bildirib.

Şirkət tərəfindən bu günədək 3 PUA-nın layihələndirildiyini bildirən Tahir Balbayevin sözlərinə görə, bunlardan “Pteron” adlanan PUA dönər qanadlıdır. “Çayka” adlı PUA ikinci PUA Qazaxıstanın Milli Müdafiə Universiteti ilə birlikdə hazırlanıb. Üçüncü PUA isə yüklərin daşınması üçün nəzərdə tutulur. Sonuncu 10 kq yükü 150-200 kilometrədək daşıya biləcək.

“4.5 metr böyüklüyündə PUA-nı Qazaxıstanda heç bir şirkət istehsal etməyib. Biz həmçinin ağır PUA-ların işə salınması üçün pnevmatik katapult layihələşdirib istehsal elədik”, – deyə Balbayev qeyd edib.

Şirkət rəhbəri perspektivdə tamamilə avtonom olaraq çalışacaq sistemlərin yaradılması istiqamətində düşüncələrinin olduğunu bildirib.

Qeyd edək ki, “KazTechInnovations” şirkəti 2018-ci ilin may ayında keçirilmiş KADEX-2018 sərgisində xüsusi təyinatlılar üçün hazırladığı elektrik mühərriklə işləyən baqqisini də nümayiş etdirib.