23/10/2019 12:53

Qazaxıstanın Müdafiə naziri Azərbaycana səfər edəcək

Oktyabrın 29-da Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Ermekbayevin Azərbaycana səfəri planlaşdırılır.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, N. Ermekbayev oktyabrın 30-da Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclasında da iştirak edəcək.

İclasla yanaşı N. Ermekbayevin Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla ikitərəfli görüşü planlaşdırılır. Görüşdə iki ölkənin Müdafiə Nazirlikləri arasında əməkdaşlığın perspektivləri və hərbi-texniki əlaqələrin müzakirə edilməsi nəzərdə tutulur.