03/04/2019 15:33

Qazaxıstanın müdafiə sənayesi naziri YT Parkın fəaliyyəti barədə məlumatlandırılıb

Azərbaycanda səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə aviasiya sənayesi naziri Askar Jumaqaliyev və rəsmi nümayəndələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkını ziyarət ediblər.

“AzeriDefence”nin AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli qonaqlara parkın fəaliyyəti, İnnovasiyalar Agentliyinin gələcək fəaliyyəti və “Falcons Summit” haqqında məlumat verib.

Tədbirdə Azərbaycandakı “Huawei”, “CISCO”, “Oracle”, “Lenovo”, “BestComp Group” kimi beynəlxalq şirkətlər iştirak ediblər və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.