21/06/2019 13:29

Qazaxıstanın sərhəd gözətçi gəmisi Azərbaycana səfər edib – FOTO

Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti arasında 2019-cu il üçün təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq, nəzərdə tutulmuş birgə əməkdaşlıq çərçivəsində 19-21 iyun tarixlərində “Sarbaz” sərhəd gözətçi gəmisi Azərbaycana dostluq səfəri edib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, nümayəndə heyətinə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin Regional Sahil Mühafizəsinin İdarə rəisi polkovnik Alibek Kayupov rəhbərlik etdib.

Səfər zamanı tərəflər arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, birgə əməliyyat-profilaktik tədbirlərinin keçirilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətlərə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfər müddətində  “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Qazaxıstan Sahil Mühafizələrinin əməkdaşları arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib, qarşılıqlı olaraq tərəflərin sərhəd gözətçi gəmilərinə ziyarət edilib.