20/12/2018 18:11

Qazaxıstanın Xəzər dənizindəki sərhəd briqadasına iki yeni kater verilib

Qazaxıstanın Sərhəd Qoşunlarının Xəzər dənizindəki bölmələrinin istifadəsinə iki ədəd hava yastıqlı xüsusi təyinatlı kater daxil edilib.

“AzeriDefence”nin məlumatına görə, ötən həftənin sonlarında 2201 saylı sərhəd mühafizə briqadasının döyüş sıralarına daxil edilmiş katerlər Qazaxıstanın “Zenit” zavodunda istehsal edilib.

Kater 8 nəfər desant və 1500 kiloqramadək yükü daşımaq imkanına malikdir.

Katerlərlərə 1870-ci ildə Manqıstau vilayətində baş vermiş xalq azadlıq üsyanının rəhbərləri olmuş Dosan Taciulu və İsa Tlenbayulunun şərəfinə “Dosan Batır” və “İsa Batır” adı verilib.