03/11/2015 13:46

Qazaxıstanın yeni tral gəmisi – FOTO

Qazaxstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) sifarişi üzrə Rusiyanın Nevski gəmiqayırma zavodunda edilmiş “Alatau” adlı yeni mina-tral gəmisi dənizə endirilib.

Bu barədə “AzeriDefence” Qazaxıstanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Gövdəsi plastik-şüşə lifli materiallardan hazırlanmış “Alatau” gəmisinin su basımı 165 tondur. Gəmi uzaqdan idarə edilən sualtı aparatlarla, habelə AK-306 artilleriya qurğusu, 12.7 mm çaplı “Kord” pulemyotu, həmçinin “İqla” daşınabilən zenit-raket kompleksləri ilə təchiz edilib.

Tral gəmisinin uzunluğu 32 metr, eni 7 metr təşkil edir və ekipaj 14 nəfərdən ibarətdir. Gəminin maksimal surəti 12 mil, üzmə uzaqlığı 650 mil, muxtar imkanları 5 gündür. Müasir mina əleyhinə vasitələrlə təchiz edilmiş gəmi ən yeni hidroakustik stansiyalara sahib olub.

Gəminin maqnit sahəsinin azalması üçün bütün avadanlıqlar unikal sahil sınaq stendində yoxlama prosedurunu keçəcək.

 

img_2079_5889