07/06/2019 10:55

Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşü keçiriləcək- EKSKLÜZİV

Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirlərinin görüşü keçiriləcək.

“AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi eksklüziv məlumata görə, iyunun 12-də keçiriləcək üçtərəfli görüşdə hərbi qurumların rəhbərləri regional təhlükəsizlik məsələlərini, həmçinin ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

Görüşlə əlaqədar Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoria Qəbələ şəhərinə gələcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirlərinin üçtərəfli görüşü hər il bir ölkədə keçirilir.