04/07/2018 20:17

Qərargahlar ərazidə döyüş tapşırıqlarını planlaşdırır – FOTO

Təlimlərə cəlb olunmuş qərargahlar ərazidə döyüş tapşırıqlarını ətraflı planlaşdırır və dəqiqləşdirirlər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qoşunlarımızın fəaliyyəti və düşmən haqqında tam məlumata malik olmaq üçün məlumatların əldə edilməsi kəşfiyyat, müşahidə və digər texniki vasitələr, o cümlədən pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə edilməklə həyata keçirilir.