31/07/2019 18:48

Qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli mütəxəssislər cəlb edilib

İyulun 31-də Bakıya gələn Türkiyənin aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.