16/08/2019 12:28

Qəzaya uğramış MiQ-29 təyyarəsinin hissələri dənizdən çıxarılır – FOTO

İyulun 24-də Xəzər dənizi üzərində qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) aid MiQ-29 təyyarəsinin qalıqlarının bir hissəsi də dənizin dibindən çıxarılıb.

“AzeriDefence”nin məlumatına görə, əməliyyat Türkiyə Hərbi Dəniz Qüvvələrinin axtarış-xilasetmə qrupunun iştirakı ilə həyata keçirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi özünün sosial media hesabında təyyarənin hissələrinin çıxarılması fotosunu paylaşıb.

“Dəniz Qüvvələrinin SAK (sualtı axtarış xilasetmə) qrupu tərəfindən Xəzər dənizinə düşən Azərbaycan Hava Qüvvələrinə aid döyüş təyyarəsinə aid hissələri çıxarılır. Hava şərtlərinə bağlı olaraq pilotun nəşi və qara qutunun axtarışları davam etməkdədir”, – deyə Nazirlik bəyan edib.