28/02/2012 07:20

Qırğızıstan “Dastan” hərbi müəssisəsini Rusiyaya verir

Qırğızıstan Rusiyaya olan borcunun bir hissəsini “Dastan” hərbi müəssisəsinin səhmlərini bu ölkəyə verməklə ödəməyi, borcun qalan hissəsinin isə silinməsi və ya yenidən strukturlaşmasını ümid edir. “AzeriDefence”nin “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın maliyyə naziri Akılbek Japarov bildirib.

Nazirin sözlərinə görə, hazırda iki ölkə hökumətləri arasında “Dastan” hərbi müəssisəsinin səhmlərinin 48%-nin Rusiyaya verilməsi ilə bağlı müzakirələr gedir.

A. Japarov qeyd edib ki, Qırğızıstanın mövqeyi səhmlərin qısa müddətdə qiymətləndirilməsi, qalan hissəsinin isə strukturlaşmasına və ya silinməsi ilə Rusiyaya olan borcun tez bir vaxtda qaytarılmasına nail olmaqdır.

Rusiya Federasiyası hökumətindən isə bildirilib ki, hazırda Qırğızıstanın Rusiyaya olan dövlət borcu 493 milyon ABŞ dollarıdır.