01/11/2016 17:05

“Qorqud” zenit toplarının ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib

ASELSAN şirkətinin FNSS ZMA-30 tırtırlı nəqliyyat platforması üzərində hazırladığı “Qorqud” zenit top kompleksinin ilk partiyası Türkiyənin Quru Qoşunlarına təhvil verilib.

“AzeriDefence”nin məlumatına görə bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi twitter səhifəsindən açıqlama verilib.

Öz sinfində modern, aşağı yüksəklikdə hava hücumundan müdafiə silahı hesab olunan “Qorqud” zenit topları proqramlaşdırılmış mərmilərlə atəş açır.

ASELSAN tərəfindən aparılmış işlər nəticəsində 35 mm çaplı 2 lüləli zenit topları radarla bir kompleks şəklində çalışır. Radarlar hava hədəflərini 30 km-dək məsafədən təsbit etməklə yanaşı silahı hədəfə istiqamətləndirir. Hazırlanmış xüsusi proqram hədəfə qədər məsafəni hesablayaraq, mərmilərin hədəfin hansı məsafəsində partladılmasını təmin edir.

Helikopter, təyyarə, pilotsuz uçuş aparatı və aşağı məsafədən uçan raketlərə qarşı tətbiq oluna biləcək “Qorqud” sistemi 3 ölçülü radara, İFF sisteminə, qabaqcıl silah seçimi alqoritmlərinə, avtomatik sursat ötürmə sisteminə, radarlarla yanaşı elektro-optik sistemlərə və müasir atış-kontrol sisteminə sahibdir.

“Qorqud” zenit top kompleksi barədə daha ətraflı