11/05/2018 17:56

“Qorqud” zenit topunun dəniz konfiqurasiyasının sınaqları keçirilib

Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə hazırlanan “Qorqud” özüyeriyən zenit-top kompleksinin dəniz əməliyyatları üçün konfiqurasiya edilmiş “Qorqud-D” modelinin sınaqları keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) rəsmi “Twitter” səhifəsində bildirilib.

Məlumatda “Qorqud-D” zenit-top kompleksinin sınaqlarının uğurla tamamlandığı qeyd olunub.

“Qorqud-D” MKE təşkilatının istehsalı olan 35 mm-lik iki lüləli topla təchiz olunub. Yeni kompleks əsasən qanadlı raketlər və gəmi əleyhinə raketlərə qarşı tətbiq oluna biləcək . Avtomatik sursat ötürmə sisteminə sahib olan kompleks dəqiqədə 1100 atəş açmaq imkanına malikdir.