31/07/2012 08:42

Qətər 200 ədəd “Leopard-2” istəyir

Qətər Əmirliyi Almaniyadan 200 “Leopard-2” əsas döyüş tankı almaq istəyir. Bu barədə “AzeriDefence” “Defense News” nəşrinə istinadən məlumat verib.

Potensial sövdələşmənin məbləği 2 milyard avro qiymətləndirilir. Artıq Almaniyanın Krauss-Maffei Wegmann şirkəti ilə ilkin danışıqlar aparılıb. Danışıqların təfərrüatları hələlik məlum deyil.

Hazırda Qətərin Quru Qoşunları yalnız Fransa istehsalı olan 30 ədəd AMX-30b2 əsas döyüş tankına malikdir. Bu maşınlar ölkəyə 1980 illərin sonlarında gətirilib.