09/01/2017 17:03

Qumbaralar barəsində miflər – FOTOLAR

Mif -1

Əl qumbarası partlayır və bu partlayışdan ətrafdakı kiçik tikililər dağıdır, yaxınlıqdakı insanları kənara tullayır. Filmlərdə belə səhnələrdə effektlər pirotexnik vasitələrin köməkliyi ilə həyata keçirilir.

Reallıqda isə əl qumbarası bu qədər dağıntıya səbəb ola bilməz. Qumbara heç də hər zaman insanı öldürmür. Hətta yaxınlıqda partlayan zaman ölüm hadisəsi baş vermir.

Mif -2

Əl qumbarası qulaqbatırıcı səslə partlayır və ətrafa kiçik alov yayır.

Kinolarda bu cür səhnələr yanacağın – benzinin köməkliyi ilə yaradılır.

Reallıqda isə qumbara kəskin tüstünün müşayəti ilə partlayır və ətrafda kiçik duman yaradır.

qumbaralar1

Mif -3

Əl qumbarasının halqasını dişinlə çıxarmaq olarmı?

Bu mümkün deyil. Bu halqanı hətta əlinlə çətinliklə çıxarmaq olur. Məqsəd isə qumbara yerə düşən zaman halqanın zərbədən açılmasının qarşısını almaqdır.

Mif -4

Əl qumbarasının məhv etmə radiusu 200 metrə qədərdir. Bu o deməkdir ki, qumbara partlayan zaman həmin radiusda olan bütün canlıları öldürə bilər.

Bəzi diletantlar – məlumatsız şəxslər elə düşünür ki, qumbaranın qəlpələri o qədər də böyük radiusda yayıla bilməz. Məlumat üçün bildirək ki, hücum və müdafiə qumbaraları mövcuddur.

Hücum qumbaralarının qəlpələrinin uçuş radiusu 25-40 metrə qədərdir. Müdafiə qumbaralarında isə yuxarıda qeyd etdiyimiz kimi bu dəfələrlə çoxdur.

Məsələn F-1 (müdafiə) qumbarasının məhv etmə radiusu 20 metr, qəlpələrin uçuş məsafəsi isə 200 metrə qədərdir.

Mif -5

Müasir qumbaranı səssiz aktivləşdirmək olur?

Əl qumbaralarının hamısında partlayıcı kapsula işə düşən zaman zəif də olsa səs gəlir. Sanki tapançadan atəş açıldı. Əvvəlki qumbaralar isə daha səsli şəkildə aktivləşirdi. Sonralar belə qumbaralardan imtina olundu.