25/02/2019 17:51

Radar “ovçusu” – IAI “Mini Harpy”ni təqdim etdi – FOTO

İsrail Aerokosmik Sənayesi (IAI) şirkəti “Harpy” “gəzən sursat” ailəsinə aid yeni “Mini Harpy” sursatını təqdim edib.

Bu barədə “AzəriDefence”yə IAI şirkətindən məlumat verilib.

“Mini Harpy” sursatı özündə IAI-nin iki müasir “gəzən sursatı”nın – “Harop” və “Harpy”in imkanlarını birləşdirir və radiolokasiya stansiyalarını aşkarlayıb məhv etmək üçün təyinatlandırılıb.

Multifunksional “Mini Harpy” geniş təhlükələrə və ssenarilərə cavab verir. Sistem düşmənin radarlarının və digər radiolokasiya şüalandırması yayan qurğularının neytrallaşdırılması, elektro-optik təhdidlərin aşkarlanması kimi funksiyaları yerinə yetirəcək. Yüksək keyfiyyətli video görüntü təmin edən “Mini Harpy” mobil, eləcə də dəniz platformalarından buraxıla bilir.

Elektrik mühərriklə hərəkət edən “Mini Harpy”in çəkisi 45 kq, döyüş başlığı 8 kq, uçuş uzaqlığı 100 km təşkil edir.