26/02/2019 15:54

“Rafael” “Aeronautics”i satın aldı

İsrailin “Rafael Advanced Defense Systems Ltd.” şirkəti bu ölkənin dünyada tanınan pilotsuz uçuş aparatları istehsalçılarından olan “Aeronautics” şirkətini satın alıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

“Aeronautics” şirkətinin 100%-lik səhm paketinin alqı-satqısına dair tərəflər arasına saziş imzalanıb. Satınalma ilə bağlı sənəd Tel Əviv Fond Birjası (TASE) tərəfindən təsdiqlənib. Sazişə əsasən “Rafael” şirkəti “Aeronautics”i 850 milyon şekeliyə (235 milyon ABŞ dollarına) satın alıb.