19/04/2018 18:46

Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə döyüş atışları icra olunub.

Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.