06/10/2017 15:21

“Raytheon” SDB II aviasiya bombalarını Avstraliyaya satacaq

Avstraliya ABŞ-dan “Raytheon” şirkətinin istehsalı olan GBU-53/B Small Diameter Bomb II (SDB II) aviasiya bombaları alacaq.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, Avstraliya və ABŞ arasında SDB II bombalarına dair imzalanan müqavilənin dəyəri 815 milyon ABŞ dolları təşkil edir.

SDB II kiçik çaplı bombalar stasionar hədəflərə düz düşmə qabiliyyətinə malikdir və 40 mildən (75 km) uzaq məsafədə seçilmiş hədəfləri vura bilir.

Bombanın güclü döyüş başlığı zirehli hədəfi məhv edir. Əlaqə kanalları uçuş zamanı bombanı seçilmiş hədəfə istiqamətləndirməyə imkan verir.