21/10/2017 14:46

“Raytheon” şirkəti yeni mobil lazer silahın sınaqlarını keçirib

ABŞ-ın “Raytheon” şirkətinin istehsalı olan yeni HELWS-MRZR indeksli mobil lazer silah kompleksinin testləri keçirilib.

“AzeriDefence” “Rossiyskaya Qazeta” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın yeni mobil lazer silah kompleksinin sınaqları zamanı lazer silahı gözəgörünməz şüa ilə pilotsuz uçuş aparatını vuraraq zərərsizləşdirib.

Video görüntülərdə testlər çərçivəsində lazer silahın tədbiqi nəticəsində az hündürlükdə hərəkətdə olan kəşfiyyat xarakterli pilotsuz uçuş aparatının mühərrik hissəsinin alışıb yandığı və daha sonra dronun yerə düşdüyü müşahidə olunur. Eksperimentin digər detalları haqqında lazer silah qurğusunun müəllifləri əlavə məlumat vermirlər.

Şirkətin mütəxəssisləri bildirirlər ki, kiçik lazer silahı həmçinin avtomobil hərəkətdə olduğu zaman da hədəfləri məhv etməyə qadirdir. Ancaq mobil enerji akkumulyatoru lazer silahdan 30 atəş tədbiq etməyə imkan verir.

Qeyd edək ki, mobil lazer silahı MRZR yolsuzluq avtomobilinin üzərinə inteqrasiya olunub.