12/03/2019 15:19

Reaktiv artilleriya divizionları atəş mövqelərini tutublar – VİDEO

Genişmiqyaslı təlimlərə cəlb edilən raket və artilleriya qoşunlarının bölmələri marş keçirərək atəş mövqelərini tutublar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərin niyyətinə uyğun olaraq ehtiyat atəş mövqelərinə çıxarılan reaktiv artilleriya divizionları qoşunların hücumuna praktiki atəşlə dəstək vermək və şərti düşmən hədəflərinə atəş zərbələrinin endirilməsi üzrə tapşırıqları icra etməyə hazırlaşır.

Qeyd edək ki, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 15-dək davam edəcək.