30/05/2018 13:45

Respublika Günü Azərbaycanın Əfqanıstandakı sülhməramlıları tərəfindən qeyd olunub

NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında iştirak edən Azərbaycan sülhməramlıları 28 May – Respublika Gününü qeyd ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Missiyada təmsil olunan ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən bayram tədbirində ölkəmizin tarixi, mədəniyyəti, sənayesi, iqtisadi inkişaf yolu və hərb sahəsində əldə edilən nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verilib.