11/04/2013 12:17

Rio de-Janeyronun güvənliyi “Maverick”ə əmanət

Paramount Group şirkəti tərəfindən istehsal olunan “Maverick” daxili təhlükəsizlik maşını Braziliyanın Rio de-Janeyro ştatının polis departamentinin tenderində qalib olub.Bu barədə “AzeriDefence”yə Paramount Group şirkətindən məlumat verilib.

Maverick daxili təhlükəsizlik maşınları Xüsusi polis əməliyyat taboru, Çevik polis taboru və Mülki polisin koordinasiya taboru tərəfindən istifadə olunacaq.

Məsələni şərh edən Paramount Gropun icraçı sədri Ivor Ichikowitzin sözlərinə görə, Braziliya dünyanın ən böyük və ən dinamik iqtisadiyyatından birinə sahibdir. Hökumət mövcud infrastrukturu və vətəndaşların əhəmiyyətli investisiyalarını qorumaq üçün təhlükəsizlik qüvvələrini ən müasir avadanlıq ilə təchizatını həyata keçirib. Bu mühüm missiya üçünsə Paramount seçilib.

Şirkətdən bildirilib ki, yaxın illərdə Rio de-Janeyroda Dünya Kuboku və Olimpiya oyunları keçiriləcək. Paramount Group tərəfindən təchiz olunacaq avadanlıqlar bu hadisələr zamanı infrastrukturun təhlükəsizliyində rol oynayacaq.

Bu mükafat Latın Amerikası bazarında Paramount Groupun əhəmiyyətli möhkəmlənməsi və bu regionda gələcək fəaliyyətə təkan verəcək əhəmiyyətli addımdır.